"Nar"ın 4G istifadəçilərinin sayı 85% artıb

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın mobil rabitə operatoru olan "Nar" şirkətinin aktiv 4G istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq 875 min nəfəri ötüb.

Şirkətdən Sfera.az-a  verilən məlumata görə, quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar "Nar"ın 4G istifadəçilərinin sayının artmasına səbəb olub.

"Nar"ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, "Nar"ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni əhatə edir.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...