Bakıda 10-cu Çağırış Kuboku keçiriləcək

Bakıda 10-cu Çağırış Kuboku keçiriləcək
 

Bakıda sayca 10-cu Çağırış Kuboku keçiriləcək

Azərbaycan Respublikası Gənclər Fondu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi X Çağırış Kubokunun keçirilməsi planlaşdırılır.

Sfera.az bakucity.az xəbər verir ki, "Nə? Harada? Nə zaman?” və "Xəmsə Milli İntellektual Oyunu" üzrə ənənəvi X Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir.

İntellektual oyunların təşkili üzrə ixtisaslaşmış Xəzər İntellektual Gənclər Klubundan verilən məlumata görə, budəfəki Kubok sayca 10-cu olmaqla yubiley xarakterlidir. Bu kubokun digərlərindən daha maraqlı və fərqli formatda keçiriləcəyi bildirilir. 

X Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Kubok çərçivəsində Bakı və regionlarda oktyabr ayı ərzində seçim turları təşkil olunacaq. Layihə ölkənin 10-dan artıq regionunu əhatə etməklə 2000-dən çox gəncin turnirdə iştirakına şərait yaradacaq.

Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi noyabr ayında Bakıda təşkil olunacaq.

İnformasiya dəstəyi - BakuCity.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...