Logo

Neftçilərin axtarışı dayandırılmayıb

Neftçilərin axtarışı dayandırılmayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları dayandırılmayıb. Hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 4 gəmisi axtarışlar aparır.

Bu barədə azvision.az-a "Azneft" İstehsalat Birliyindən (İB) məlumat verilib. 

"Hazırda gəmilərdən 2-si mərkəzdə, biri cənubda, digəri isə şərq istiqamətində axtarışları davam etdirir. Axtarışlar dayandırılarsa, bu barədə rəsmi açıqlama veriləcək", - deyə vurğulayıblar.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb.
Bir neçə gün öncə "Günəşli" yatağında yanğın söndürülüb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR