Vergidən yayınan oliqarxlar üçün böyük sınaq – Prezidentdən xəbərdarlıq

Vergidən yayınan oliqarxlar üçün böyük sınaq – Prezidentdən xəbərdarlıq
 Oliqarx məmurların nəzarətində olan şirkətlərdə vergi yoxlamalarına başlanıla bilər. 

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, oktyabrın 16-da keçirilən iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin vergidən yayınma hallarına xüsusi diqqət çəkməsi vergi əməkdaşlarında əminlik yaradıb ki, artıq oliqarx məmurlar onları hədəfə ala bilməyəcək. 

Məlumat üçün deyək ki, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin bir çoxu oliqarx məmurların, yaxud deputatların nəzarətindədir. Bu baxımdan, onlardan vergi yığılması və vergi yoxlaması müşkülə çevrilib. "Relaks” İstirahət Mərkəzində baş verənlər ki, uzaq keçmiş deyil.  Bir neçə ay əvvəl vergi əməkdaşları sözügedən istirahət mərkəzində döyülmüşdü. Millət vəkili İqbal Məmmədova məxsus olan "Relaks”da vergi əməkdaşlarını döyənlər isə onun oğlu və yaxın qohumları olmuşdu.

Görünür, digər oliqarxların nəzarətində olan şirkətlərdə də vergi əməkdaşlarına ciddi problemlər yaradılır və iş o yerə çatıb ki, ölkə başçısı məsələyə müdaxilə etməli olub. 

Yeri gəlmişkən, İlham Əliyev bu məsələ barədə kifayət qədər sərt danışıb.  "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.

Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyevin bu çıxışı göstərir ki, vergidən yayınan iri şirkətlərə kimin nəzarətində olursa-olsun heç bir güzəşt tanınmayacaq.



OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...