Logo

Ayağı sınan icra hakimiyyətinin işçisi xəstəxanada əməliyyat zamanı öldü

Ayağı sınan icra hakimiyyətinin işçisi xəstəxanada əməliyyat zamanı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı əməliyyat zamanı ölüb.

Sfera.az trend-ə istinadən xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.

O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.

Faktla bağlı araşdırma aparılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR