Logo

General qohumunun videosu istintaqa verildi - FOTOLAR

General qohumunun videosu istintaqa verildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanacadoldurma məntəqəsində olan davanın görüntüləri var. Bu videogörüntülər artıq istintaqa təqdim olunub.
Bu barədə Axar.az-a idmançı İsa Əzizovun dostları ilə birlikdə mühafizəçi və işçiləri döyməsi faktı ilə bağlı “Azpetrol” şirkətindən bildirilib.
Şirkətdən vurğulanıb ki, ”Azpetrol”un Tiflis prospektindəki yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə əlaqədar cinayət işi açılıb və istintaq materiallarına video görüntülər də maddi sübut kimi əlavə olunub.
İ.Əzizovun Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin bacısı oğlu olması haqda xəbərlərə münasibət bildirilib.
Generalın qardaşı, deputat Adil Əliyev Report-a İ.Əzizovun onların qohumu olduğunu təsdiqləyib: “Davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur. Amma qohumdur və onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, təəssüflənirik”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirib ki, avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar. Hazırda müvafiq araşdırmalar aparılır. 
Hadisənin təfərrüatına gəlincə, İ.Əzizov 90 HN 999 nömrə nişanlı “Bentli” markalı avtomobildə yanacaq doldurmaq üçün gəlib. Ondan yanacağın pulu istəniləndə operatora 100 manat verdiyini deyib və qalıq pulu tələb edib.
Mühafizəçi ona yaxınlaşaraq gözləməsini, pulun həqiqətən işçiyə verilib-verilmədiyini məntəqə işçisindən dəqiqləşdirib, belə olarsa, qalıq pulun qaytarılacağını söyləyib.
Bu sözdən qəzəblənən idmançı maşından düşərək mühafizəçiyə hücum çəkib. O, mühafizəçini təhqir edərək vaxtını almaqda günahlandırıb və mühafizəçini döyüb. Ardınca “Prado” markalı avtomobildən üç idmançı da düşərək, yanacaqdoldurma məntəqəsində işləyənlərlə əlbəyaxa olublar.
Xatırladaq ki, İ.Əzizovun adı keçən ilin mayında Bakının “Famous” klubunda prodüsser Diana Babayeva və rəfiqəsi Elvina Əliyevaya hücum çəkməsi ilə mediada hallanmışdı.
İ.Əzizovun onunla ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək, E.Əliyevanı döydüyü, sonra isə “Qalendevagen” markalı maşına qoyaraq aparmaq istədiyi iddia edilmişdi. İsanın bu avtomobili də 90 HN 999 nömrə nişanlı olub. O zaman idmançının barəsində xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanmışdı. General qohumunun videosu istintaqa verildi - FOTOLARGeneral qohumunun videosu istintaqa verildi - FOTOLARGeneral qohumunun videosu istintaqa verildi - FOTOLARGeneral qohumunun videosu istintaqa verildi - FOTOLARGeneral qohumunun videosu istintaqa verildi - FOTOLARGeneral qohumunun videosu istintaqa verildi - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR