Logo

Azərbaycanda xəstəliyi olan 4 gənc evlənməkdən imtina etdi

Azərbaycanda xəstəliyi olan 4 gənc evlənməkdən imtina etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2015-ci ilin 1 iyun tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən şəxslərdə aparılan tibbi müayinələr nəticəsində 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlandığı üçün onlar evlənməkdən imtina ediblər”.
Sfera.az xəbər verir ki, bu sözləri modern.az saytına açıqlamasında Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, cütlüklərin hər ikisində talassemiya daşıyıcısı olmasına rağmən evlənənlər də olub. Həmin qadınların arasında hamilə olan da var.
"Bizə 2 cütlük müraciət edib ki, onlarda artıq hamiləlik zamanıdır. Bu cütlüklərdən biri 3 aylıq, digəri isə 4 aylıq hamilədir. Biz onları əvvəlcə müayinə edirik ki, qan nümunəsi götürək. Onlarda baş verən genetik dəyişikliyi də analiz edirik ki, burada xromosom səviyyəsində hansı mutasiyaların getdiyini bilək. İndi onları Perinital Mərkəzə göndərmişik. Aşkarlansın ki, bətndəki uşaqlar xəstədir, yoxsa sağlamdır və ya daşıyıcıdılar. Onlar fevralın 24 və ya 25-də müayinə olunacaqlar” - deyə İnstitut direktoru əlavə edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR