Cənazələri tərəziyə qoyan AZAL-dan cavab: Kilosu 30 qəpikdən...

Cənazələri tərəziyə qoyan AZAL-dan cavab: Kilosu 30 qəpikdən...

"Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının "Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 12 saylı Qərarına əsasən Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla 30 qəpik/kiloqram təsdiq edilib". 

Sfera.az yeni.sabah-a istinadla xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski AZAL təyyarələrində aparılan cənazələrin tərəzidə çəkildiyi və çəkiyə uyğun olaraq yaxınlarından pul tələb edildiyi məsələsinə münasibətində bildirib. 

Qurum rəsmisi qeyd edib ki, həmin qərarə əsasən cənazənin daşınması üçün istisnalar nəzərdə tutulmayıb və bu səbəbdən daşınma ümümi qaydalar çərçivəsində həyata keçirilir: 

"Həmçinin qeyd etmək istərdik ki, Azərbaycan Hava Yolları QSC-də daxil olmaqla bütün dünyada cənazənin hava nəqliyyatı vasitəsilə daşınmasına dair bir sıra ümumi qayda və sanitar tələblər mövcuddur ki, bunlardan da biri cənazənin daşınması üçün xüsusi hermetik olaraq bağlanıb və sink təbəqələr ilə örtülmüş tabutdan istifadə olunması zəruridir. Bu isə öz növbəsində cənazənin daşınma qiymətinə təsir edir. Eləcə də, cənazənin daşınmasına yalnız müşayiət edən şəxsin olduğu təqdirdə icazə verilir".

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa cənazələrin istisna hal kimi xidmət haqqını ehtiva edən simvolik ödənişlə daşınması təklifini irəli sürüb:

"Fikrimcə ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla 1 kq. üçün 30 qəpik təsdiq edilməsi və cənazənin daşınması üçün istisnalar nəzərdə tutulmaması vətəndaşları çətin duruma salır. Xüsusilə də blokada şəraitində olan Naxçıvan sakinləri üçün cənazələrinin daşınmasında ciddi problemlər yaradır. Bu cənazələrin istisna hal kimi xidmət haqqını ehtiva edən simvolik ödənişlə daşınması daha məqsədəuyğun olardı. Naxçıvan sakinlərinin alternativ yolları olmadığından yalnız təyyarə ilə cənazələrini doğma torpağa çatdırmaları mümkündür. Bu səbəbdən də qaydalara yenidən baxılmalı, Naxçıvan sakinlərinin durumu nəzərə alınmalıdır. AZAL da bu dəyişikliklərdən sonra bu qaydalara əməl etməlidir".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sakinlərinin şikayətinə əsasən, AZAL təyyarələrində Naxçıvana cənazə aparmaq müşkül məsələyə çevrilib. Belə ki, cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsi, sənədlərin təftiş olunub, "neçə kilodu?” soruşulması, ona uyğun vəsait tələb olunması ciddi narazılığa səbəb olub. 

Qeyd edək ki, şimal qonşumuz Rusiyada cənazənin daşınması üçün son qiymət əlavə xidmətlərin dəyərindən (başqa ölkənin səfirliyi üçün sənədləşmə işləri, cəsədin müşayiət olunması və s.) və aviaşirkətin tariflərindən asılıdır. Qardaş ölkə Turkiyədə isə, Türk Hava Yolları və "Pegasus" şirkətlərinin cənazə köçürmə xidmətləri var. Türk Hava Yollarına bir cənazə üçün 300 TL, "Pegasus"a isə uşaqlar üçün 250 TL, böyüklər üçün 500 TL ödənir. Mərhumun yaxınları da eyni təyyarədən bileti endirimlə ala bilərlər. Xarici köçürmələr isə qiymət təyin olunan yerdən və cənazənin götürüləcəyi ölkədən asılı olaraq dəyişir.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...