Logo

Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq

Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sfera.az-a  verilən məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik", - deyə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR