AccessBank-ın baş direktoru: “Suallarınızın cavabı bizdədir” – MÜSAHİBƏ

AccessBank-ın baş direktoru: “Suallarınızın cavabı bizdədir” – MÜSAHİBƏ
2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək qeydiyyata alınan vergi ödəyicilərinin sayı 948,714 mindən 1 milyon 42,232 minə yüksəlib. Maraqlıdır ki, aktiv vergi ödəyicilərinin sayı 479,459 min təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,884 min çoxdur. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hesabına təmin olunub. Təcrübədə sübut olunub ki, vergi ödəyicilərinin mütləq əksəriyyətinin vergi sahəsində məsləhətlərə ehtiyacı var. Məhz yuxarıda qeyd edilənlər AccessBank-ı "Vergi məsləhətçisi” xidmətini yaratmağa ilhamlandırdı. Bu yeniliyin köməyi ilə sizin heç bir sualınız cavabsız qalmayacaq. Layihənin detalları barədə AccessBank-ın baş direktoru Elşən Pirmalıyev ilə söhbətləşdik.

– Cənab Pirmalıyev, konsaltinq xidmətinin tətbiq olunması zərurəti nədən yarandı

– İstənilən xidmət və ya məhsulun bazara çıxarılması prosesində AccessBank ilk növbədə çalışır ki, onlar maksimal şəkildə müştərilərin tələbatına uyğun olsun. "Vergi məsləhətçisi” xidməti də məhz buna xidmət edir. Bizim əsas məqsədimiz biznesə tam dəstəyin verilməsidir. Hətta buna görə, bankımız "Biznesin dostu” adını da qazanıb və bu adı qorumaq üçün daim yeniliklərə imza atır. Şübhə etmirəm ki, tətbiq etdiyimiz növbəti yenilik də müştərilərimizin və potensial müştərilərimizin işini xeyli asanlaşdıracaq. Bilirik ki, sahibkarların əksəriyyətini vergi ilə bağlı suallar maraqlandırır. "Vergi məsləhətçisi”nin köməyi ilə müştərilərimizin heç bir sualı cavabsız qalmayacaq, üstəlik, onlar biznesinə daha çox vaxt ayıra biləcək.

– Xidmətin detalları barədə söz açmazdan öncə bir sual vermək istərdik. Siz "potensial müştərilərimiz” ifadəsini də işlətdiniz. Bu, o deməkdir ki, xidmətdən yalnız AccessBank-ın müştəriləri yararlanmayacaq?

– Tamamilə doğrudur, "vergi məsləhətçi”lərimiz AccessBank-ın müştərisi olmayan sahibkarlara da faydalı məsləhətlər verəcək.

– Lahiyənin reallaşmasında əsas məqsəd nədən ibarətdir?

AccessBank-ın yaranmasında əsas məqsəd ölkədə mikro, kiçik və orta sahibkarlığın, ümumilikdə real sektorun inkişafına dəstək verməsidir və fəaliyyət göstərdiyimiz illər ərzində biz missiyamıza sadiq qalmışıq. İqtisadi şəraitə uyğun olaraq daim müştərilərimizin ehtiyaclarının qarşılanmasına və onlara dəstək olmağa çalışmışıq. Fəaliyyət müddətimiz ərzində bir gün də olsa onların maliyyə çıxış imkanlarını məhdudlaşdırmamaqla, etibarlı və sabit maliyyə tərəfdaşı olduğumuzu isbatlamışıq.

Hesab edirəm ki, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulduğu kimi sektorun əsas iştirakçıları olan banklar da maliyyə savadlılığının artırılmasına dəstək verməlidirlər. Layihənin də məqsədi məhz bundan ibarətdir. Razılaşın ki, lahiyənin reallaşdırılmasının maliyyə zəncirində iştirak edən bütün tərəflər üçün faydası var.

– İndi isə yeni xidmətin detalları barədə danışaq. AccessBank-ın bu xidmətindən yararlananlar hansı vergi məsləhətlərini alacaqlar?

– Bu xidmətdən yararlananlar həm vergi məsələləri üzrə konsultasiya xidməti almaq imkanı qazanacaq, həmçinin vergi və DSMF hesabatlarının hazırlanmasında dəstək alacaqlar. Bundan başqa, ehtiyac olarsa, tərəfimizdən vergilərlə bağlı təlimin keçirilməsi də mümkündür. Onu da bildirmək istəyiriəm ki, bu xidmət Bank ilə əməkdaşlıq edən ixtisaslaşmış konsaltinq şirkəti tərəfindən həyata keçiriləcək.
 

Xidmətdən faydalanmaq üçün sadəcə 151 nömrəsinə zəng etmək kifayətdir.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...