İlin sonunadək Bakıda bütün avtobuslar kart sisteminə keçiriləcək

İlin sonunadək Bakıda bütün avtobuslar kart sisteminə keçiriləcək
 

İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq.

Sfera.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 
Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.

"Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - deyə M. Ağayev qeyd edib.

 

Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək: 

"Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - deyə M. Ağayev əlavə edib. (APA)


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....