Putin Ağabəy Əsgərova medal verdi
Kateqoriya məlum deyil
Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun "Puşkin" medalı ilə təltif olunması haqqında Fərman imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.






