Logo

Hacının heykəli Novruz bayramına qədər hazır ola bilər

Hacının heykəli Novruz bayramına qədər hazır ola bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramına qədər hazır olacağını düşünürük”.

Sfera.az bildirir ki, bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: "Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərək əsas ölçülər alınır. Yəqin ki, müəyyən maliyyə ayırmaları başlayandan sonra heykəlin materialı alınacaq və yeni ildən sonra quraşdırma işləri başlayacaq”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR