Logo

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İkinci əl avtomobil almaq riskli bir ticarətdir. Hər zaman  maşını satıcının dediyi vəziyyətdə deyil, daha pis halda olması ilə üzləşə bilərik. Ən vacib məsələlərdən biri isə  avtomobilin qəzalı olub olmamasıdır. Həm avtomobilin  öz sahibinə xidmət müddətinə, həm də sonra satmaq istəyərkən qiymətinə təsir edən amildir.

Sfera.az faktxeber.com-un verdiyi məlumata istinadən bildirir ki, bunu yoxlamağın  isə bir neçə sadə üsulu var.

1. Ancaq təmiz avtomobilə baxın. Hətta az toz qatı  əziklərin üstünü örtə bilər.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

2. Maşina baxış gündüz vaxtı küçədə, ya da yaxşı işıqlandırmanın olduğu  yerdə baxılmalıdır. Gün işığında  boyanın  tonlarında fərqi və səthdəki əyriliyi müəyyən etmək daha asandır.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

3. Şübhəli məqamlarda  oxşar yerləri digər tərəflə birləşdiyi yerlərdə – sağda və solda, öndən və arxadan yoxlayın. Zərbələr və bərpa işlər çox nadir hallarda simmetrik olur.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

4. Əgər maşın hissə-hissə rənglənibsə, fərq parıltı fərqinə, şaqrenin (boyanın portağal səthindəki kimi qeyri-bərabər çəkilməsi), kraterlərin mövcudluğu və lak boya örtüyündə tozlu səthlə bilinəcək.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

5. Əgər xarici baxış zamanı  hər hansı bir şübhə yaranarsa, avtomobili qaldırıcı qurğu ilə  qaldırıb, oradan baxın. Adətən görünməyən hissələri çox da dəymirlər və ona baxaraq xəsarətin miqyasını öyrənmək mümkündür.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

6. Əgər maşın bərk dəyibsə bir neçə detal  dəyişdirilmiş olur. Bunu daxildə motor bölməsinin daxilindəki rənglə müəyyən etmək olar. İstehsal zamanı  daxili səth üçün adətən xarici boyadan az fərqlənən ucuz boyadan istifadə edirlər. Ancaq yerli təmir zamanı isə  heç kim görünməyən  yerlər üçün boya seçmədiyindən ümumi boya ilə uyğun rəngdə olacaq.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

7. Ciddi zədələrin çoxu  avtomobilin aşağı hissəsində olur və ilk baxışda nəzərdən qaçır. Bununla belə cəlb baxış üçün açıq olan yerlər  ideal vəziyyətdə olur.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

8. Qabarıq  yapışqan, yaxud çox illik istifadəsinə rəğmən yeni kimi parıldaması alıcını şübhələndirməlidir. Bu avtomobilin yenidən boyandığının göstəricisi ola bilər. Bunu təsdiqləmək üçün lak-boya örtüyünün qalınlığını ölçən xüsusi alətlər mövcuddur.  Detalın boyanıb boyanmadığını enliyi ölçən cihazla müəyyənləşdirmək olar. Bu yolla  dəmir, yaxud alümininum detalları yoxlamaq mümkündür. Plastik isə, təəssüf ki, yoxlamaq mümkün deyil. Bununla belə bu cihaz çox bahalı olduğundan yəqin ki, bir çoxlarınız almaq istəməyəcəksiniz. Daha  rahatı  texniki mərkəzdə mütəxəssisdən kömək istəməkdir. Onlar  hər bir detalla bağlı sizə ətraflı məlumat verəcək: boya sonradanmı çəkilib, təmirsizmi rənglənib, yoxsa əvvəlcə malalanıb… Əlbəttə, bunun üçün də müəyyən məbləğ ödəməlisiniz, ancaq həm alınacaq cihazdan çox ucuz başa gəlir, həmçinin avtomobil barədə tam məlumatı əldə etmiş olacaqsınız.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

9. Təəssüf ki, gündəlik istimar zamanı, xüsusən də şəhərlərdə avtomobilin bamperi, qanadları, qapıları zərər çəkir. Əgər kefiyyətli təmir olunubsa, bu qorxulu deyil. Ancaq avtomobil ciddi qəzaya uğrayıbsa, bundan da acınacaqlısı, bir neçə avtomobildən yığılıbsa, xarici detallardan əlavə, kuzovun yükdaşıyan elementləri də  deformasiyaya uğrayacaq. Təsadüf hallarda təmir bütün qaydalara uyğun olaraq aparılır.  Təmirə az pul xərcləyən  satıcı onu bazar qiymətinə satmağa çalışır. Bu hal yol-nəqliyyat hadisəsi zamanı təhlükəli ola bilər, bundan əlavə  hərəkət hissəsinin  tənzimlənməsmindən problemlər yarada bilər.

İşlənmiş avtomobil alırsınızsa bunlara diqqət edin - FOTO

Sfera.az-ın alıcılara əsas  tövsiyəsi isə budur:  Çalışın avtomobil alarkən  avtomobil diaqnostikası və lak-boya örtüyü üzrə mütəxəssisdən yardım alasınız. Həmçinin istənilən  diler mərkəzinə getmək və diaqnostikasını aparmaq olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR