Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

20:38 / 16.09.2019
3691
Tofiq Yaqublu Müsavat Partiyasının sədrliyinə namizəd olub.
Sfera.az xəbər verir ki, bu barədə Yaqublunun özü şəxsi feysbuk hesabında yazıb.
"Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə, o, qeyd edib.