Prezident əlillərə mənzil təqdim edib - VİDEO

Prezident əlillərə mənzil təqdim edib -  VİDEO

Bu gün Bakıda gözdən əlillər üçün yeni yaşayış binası istifadəyə verilib. Açılış mərasimində  prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Burada çıxış edən dövlət başçısı bildirib ki, neftin qiyməti çox aşağı səviyyədə olsa da, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq.

Açılış mərasimimdə iştirak edən prezident İlham Əliyevə  və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Binada yaşayacaq sakinlərin gözdən əlil olduğu nəzərə alnıraq onların hərəkətini təmin etmək üçün xüsusi vasitələrdən istifadə edilib.

Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşüb.

Sakinləri təbrik edən dövlət başçısı bildirib ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Son vaxtlar bu sahədə islahatlar aparılır. məqsəd ondan ibarətdir ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun.

Prezident ilham əliyev bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi ölkənin gəlirlərinə təsir etsəd də 2015-ci ildə bütün sosial layihələr icra edilib. Bu yanaşma 2016-ci ildə də dəyişməyəcək.

Bina sakinləri də dövlət başçısına göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Sonra prezident sakinlərə orderləri təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...