Logo

Evlənmək istəyən 40 cütlükdə xəstəlik tapılıb - VİDEO

Evlənmək istəyən 40 cütlükdə xəstəlik tapılıb - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub”.
Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

O deyib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib: “Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR