Mərkəzi Bank 98 milyon dollar satdı
Kateqoriya məlum deyil
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bank tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Bu barədə Bizimyol.info-ya Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Məlumata görə, hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.






