Mərkəzi Bankın “Qaynar xətt”inə nə olub?

Mərkəzi Bankın “Qaynar xətt”inə nə olub?
Kateqoriya məlum deyil
T

Dünəndən Mərkəzi Bankın qaynar xəttində problem yaranıb.

Bununla bağlı “Qafqazinfo”ya bir neçə şikayət daxil olub. Şikayətçilər bildiriblər ki, bankın qaynar xəttində xeyli gözləsələr də, cavab verən olmayıb.

Şikayəti nəzərə alıb operatorla əlaqə saxlamağa çalışsaq da, bizim də zəngimiz cavabsız qıldı. 
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevlə əlaqə saxladıq. O isə bildirib ki, qaynar xətlə bağlı hər hansı bir problem yoxdur: “ (012) 493-11-22-ə zəng vurduqdan sonra 3 77 yığın”.

PAYLAŞ