Logo

Borcunu ödəməyən Türkiyə vətəndaşını döyüb 10 min aldılar

Borcunu ödəməyən Türkiyə vətəndaşını döyüb 10 min aldılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Türkiyə vətəndaşını döyüb bıçaqla hədələyiblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Əliyev küçəsində bir müddət öncə baş verən hadisəyə görə cinayət işi açılıb.

Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Əlif İbrahimov və 4 nəfər naməlum şəxs Türkiyə vətəndaşı 1971-ci il təvəllüdlü Hakan Şüngülü döyərək bıçaqla hədələyiblər.

H.Şüngülün həmin şəxslərə külli miqdarda borcu olub və qaytarmayıb. Ə.İbrahimov və digər şəxslər onu döydükdən sonra cibindəki 10 min manat pulu götürüb gediblər.

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR