AMB banklara 34 mln. dollar satıb
Kateqoriya məlum deyil
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bank tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 33,6 mln. dollar (16,8%) təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.






