Logo

Türkiyəyə qarşı vuruşmaq üçün snayperlər hazırlayan ölkələr - SİYAHI

Türkiyəyə qarşı vuruşmaq üçün snayperlər hazırlayan ölkələr - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

PKK terror təşkilatının Suriya qolu sayılan PYD-də 8 min xarici hərbçi var.

Publika.az Türkiyənin “Takvim” nəşrinə istinadən xəbər verir ki, bunların çoxu ABŞ vətəndaşı və ABŞ ordusunda xidmət edən şəxslərdir.

Məlumata görə, ABŞ, İngiltərə, Fransa və İsrail hərbçiləri PYD döyüşçülərinə hərbi təlim keçir və silahla davranış qaydalarını öyrədirlər. Snayper təlimi alan döyüşçülərin bir çoxunun isə Türkiyənin Sur və Cizrə mahallarına göndərildiyi bildirilir.

PYD güclərinə qatılan xarici əsgərlərin çoxunun ABŞ, Belçika, Fransa, Almaniya və İsrail vətəndaşları olduğu deyilir.

Qeyd edək ki, PYD Türkiyə tərəfindən terror təşkilatı kimi tanınsa da, ABŞ rəsmiləri PYD-ni terror təşkilatı olaraq görmədiklərini bildirib.

Türkiyəyə qarşı vuruşmaq üçün snayperlər hazırlayan ölkələr - SİYAHI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR