Logo

Bir neçə cinayətdə ittiham olunan keçmiş məhkum - Saxlanıldı

Bir neçə cinayətdə ittiham olunan keçmiş məhkum - Saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda silsilə cinayətlər törədən keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü İlqar İmanov quldurluq, soyğunçuluq cinayətləri törətməkdə və narkotik vasitədən istifadə etməkdə şübhəli bilinib.
O quldurluq və soyğunçuluq cinayətlərini Nəsimi rayonunda, A.Mustafayev küçəsində törədib.

Hazırda Cavadxan küçəsi 40-da kirayədə yaşayan İ.İmanov bir neçə gün öncə gecə saat 05 radələrində saxlanılaraq polis bölməsinə gətirilib. Yoxlanış zamanı onun üzərindən 9,37 qr həşiş qətranı aşkar olunub. Yaşadığı mənzilə baxış zamanı isə oradan 27,94 qram həşiş qəranı, 2 ədəd qara maska və 3 ədəd qara əlcək aşkar edilərək götürülüb.

Araşdırmalar davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR