Logo

“Coca-Cola” şirkəti təkzib etdi: Dağlıq Qarabağda heç bir tədbirə sponsorluq etməmişik

“Coca-Cola” şirkəti təkzib etdi: Dağlıq Qarabağda heç bir tədbirə sponsorluq etməmişik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Coca-Cola” şirkəti bəzi yerli media orqanlarında Azərbaycanın Dağlıq Qarabağ ərazisində "Artsakh Airfest” festivalına şirkətin sponsorluq etməsi haqqında tamamilə yanlış xəbərlərin yayılması ilə bağlı ciddi narahatlığını bildirir.
Şirkətdən Sfera.az-a daxil olan rəsmi açıqlamada bildirilir: "Qeyd etmək istərdik ki, belə iddialar həqiqətə uyğun deyil və bir daha vurğulayırıq ki, nə "Coca-Cola” şirkəti, nə də onun Ermənistandakı rəsmi tərəfdaşı olan "Coca-Cola Hellenic Bottling Company” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir ictimai tədbirə sponsorluq etməyib.

"Coca-Cola” şirkəti məhsullarının istehsalı, daşınması və satışını həyata keçirən 250 tərəfdaşı ilə 200-dən çox ölkədə təmsil olunur. Bizim tərəfdaşlarımızməhsullarımızın satışını yerli distributorlar və minlərlə satış nöqtələri vasitələri ilə həyata keçirirlər.

"Coca-Cola” Azərbaycanda artıq 25 ildir ki, fəaliyyət göstərir və bu dövr ərzində şirkət yerli iqtisadiyyata 170 milyon ABŞ dolları yatırım edib, həmçinin dövlət büdcəsinə 300 milyon manat dəyərində vergi ödəyib. "Coca-Cola”nın Azərbaycandakı əməliyyatları ölkədə 5 min iş yerini dəstəkləyir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR