Logo

Gəncə taxta bazarındakı yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

Gəncə taxta bazarındakı yanğınla bağlı - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bildirilir ki, yanğın nəticəsində  ümumi sahəsi 2 ha olan "DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı satış obyektləri yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR