“Azərbaycanda inhisarçılığın qarşısı alınmayana qədər...”

“Azərbaycanda inhisarçılığın qarşısı alınmayana qədər...”

“İqtisadi böhranla bağlı kompleks tədbirlər keçirilmədikcə pərakəndə qanunların qəbulu işimizi yüngülləşdirməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa “Lisenziyalar və icazələrin verilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bu yaxınlarda 50 mindən yuxarı əmanətlərin ölkədən çıxarılmasına dair 20 faiz vergi tutulması ilə bağlı “Valyuta tənzimi haqqında”qanuna dəyişiklik tələm-tələsik qəbul edildi: “Bu isə təbii ki, problemlər yaratdı. Tələm-tələsik olduğuna görə Milli Məclis dəyişikliyi qəbul etdi. Məlumat aldıq ki, prezident təsdiq etmədiyi üçün qüvvədən düşəcək, insanlar ölkəyə sərmayə qoya və çıxarda bilər. Tələm-tələsikliyin qarşısını almaq üçün islahatları ümumi koordinasiya edən qurum yaradılmalıdır. Görünür, bunu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi üzərinə götürür, bu halda iqtisadçıların, ekspertlərin, deputatların konkret təkliflərini də bir araya toplayıb ortaya sanballı qərarlar çıxarılardı.

Bu gün lisenziya və icazələrin verilməsini ASAN Xidmət modelinə həvalə edirik. Amma ASAN Xidmət bunu öhdəsindən gələ biləcək səviyyədə deyil. Çünki bunla bağlı müvafiq qurumun rəyi tələb olunur. Yenə də həmin qurumlara yenidən müraciət etməli olursan və əngəllər yaranır. Bunu düşünmək lazımdır”. 
Deputat qeyd edib ki, ölkədə inhisarçılıq defakto mövcud olacağı müddətdə onlar lisenziya almış şəxslərin normal fəaliyyətinə mane olacaqlar: “Bu əsas problemdir. İnhisarçılığın qarşısı alınmalıdır. Bu müddəalar nəzərə alınmasa, “Lisenziyalar və icazələrin verilməsi haqqında” qanun da işləməyən qanunlardan olacaq”.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...