Logo

Beynəlxalq Bankın nizamnamə kapitalı 1 milyard manatı ötdü

Beynəlxalq Bankın nizamnamə kapitalı 1 milyard manatı ötdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Bu barədə Azərbaycan Beynəlxalq Bankından (ABB) Oxu.Az-a bildirilib.

Məlumata görə, ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

ABB-dən onu da bildiriblər ki, bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR