Logo

“Azpetrol”da dava salan general qohumunun həbsxana şəkilləri yayıldı- FOTO

“Azpetrol”da dava salan general qohumunun həbsxana şəkilləri yayıldı- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini

yerinə yetirən şəxləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb.

İza Əzizov dostları ilə 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən

AZPETROL yanacaqdoldurma stansiyasına gəlib. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş

edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb.

Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu

cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar.

Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə

olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin.

Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə

kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə

sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı

bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar.

Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də

azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin

sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə

başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub. Bundan sonra da Bentley-nin

sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla mühafizəçi Sadiq Bağirovun başına

zərbələr endirib. Hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub.

Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı

Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı

Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də

Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu

döyüb və güclə maşına oturtmaq istəyirmiş. Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun

barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Sonuncu hadisəyə görə isə,

Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir

İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. (serhed.info)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR