Logo

Dəhşətli kadrlar: ayı qadını parçalamaq istədi - VİDEO

Dəhşətli kadrlar: ayı qadını parçalamaq istədi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qaç, axmaq qadın! Qaç! Dur ayağa, qaç!"

Binaların damlarına dırmaşmış sakinlər qışqırır, divarın yanına uzanmış qadına səslənirdilər. Şok vəziyyətində olan qadın isə qorxusundan tərpənə bilmirdi.

Bu zaman nəhəng ağ ayı binanın arxasından çıxaraq qadına hücum edib.

Milli.Az RT-yə istinadən bildirir ki, ayı qadını parçalayıb yemək istəyirdi. Lakin sakinlər qışqırıblar, damlardan əllərinə keçəni ayıya atıblar və yırtıcı qorxub, qaçıb.

Qadın ayağa durub, səndirləyərək olay yerini tərk edib. Hadisə Rusiyanın Çukotka bölgəsindəki kiçik şəhərlərdən birində yaşanıb.

27 ağ ayı şəhərə girmişdi. Onlar 4-5 başlıq qruplar halında küçələri dolaşıblar. Şəhərə hərbçilər yeridilənədək sakinlər qorxu içində olublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR