GÖYÇAY İNKİŞAF EDİR-FOTOLAR

GÖYÇAY  İNKİŞAF EDİR-FOTOLAR

2015-ci il ərzində Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hesabat ilində Göyçayda 248,6 milyon manatlıq ümumi məhsul istehsal edilib, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 33,4 milyon manatlıq investisiya qoyulub. Kənd təsərrüfatında məhsul istehsalının həcmi 0,9 faiz artaraq 98,2 milyon manata, pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artıb.
Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasından irəli gələn vəzifələr, eləcə də ötən il Göyçayda görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək qeyd edib ki, hesabat dövründə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli su təmizləyici qurğuların inşası yekunlaşıb. Hazırda isə Qəbələ-Müskürlü, Mallı-şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində su təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri başa çatdırılıb, şəhərin N.Nərimanov, Atatürk, Fizuli, Qantəmir, R.İsayev, Bakı, Zərdabi, Z.Nəcəfov, 28 may, N.Rəfibəyli, Sabir, Ə.Cavad küçələrinə və ictimai həyətlərə 250 min kvadratmetr ərazidə yeni asfalt örtüyü döşənib. 
İcra başçısı Mübariz Ağayev diqqətə çatdırıb ki, hesabat dövründə YAP Göyçay rayon təşkilatı, gənclər mərkəzi, regional kənd təsərrüfatı idarəsi, bayraq muzeyi və uşaq-musiqi məktəbi, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri üçün yeni inzibati binaların tikintisi, Heydər Əliyev Mərkəzinin qarşısında müasir parkın salınması işləri, Yuxarı Şirvan kanalı üzərində “Göyçay-1” SES-in inşası, Göyçay Mərkəzi rayon Xəstəxanasının, şahmat məktəbinin, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin əsaslı təmiri işləri başa çatdırılıb. Ötən il rayonun Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Alxasava və Aşağı Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə mavi yanacaqla təmin olunan yaşayış məntəqələrin sayı 30-a çatdırılıb, daha 11 kənddə yeni qaz xətlərinin çəkilişi işlərinə başlanılıb. Muğanlı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi başa çatdırılıb, 19,2 kilometr uzunluğu olan Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilib, 5,5 kilometr uzunluğu olan Mallışıxlı-Ərəğşahverdi, 5,6 kilometr uzunluğu olan Müskürlü-Qəbələ Müskürlü, 6,8 kilometr uzunluğu olan Qarabaqqal-Hacalıkənd kəndlərarası avtomobil yolları yenidən asfaltlanaraq əhalinin istifadəsinə verilib.
2015-ci ildə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 633 yeni daimi iş yeri açılıb. Bütövlükdə isə 2003-2015-ci illərdə rayonda 11482 yeni iş yeri açılıb ki, bunun da 9438-i və ya 82,2 faizi daimi iş yerləridir. Bundan əlavə ötən il “AzNar” ASC-nin konserv zavoduna, “Göyçay-Süd” ASC-nin süd zavoduna, “Kərpic-SAN” LTD-nin kərpic istehsalı zavoduna, broyler quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulub. Keçən il rayonda Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artıb, 2015-ci ildə 33 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 1184,8 min manat güzəştli kredit verilib, ayrılan kredit hesabına 70 yeni iş yeri yaradılıb. 2015-ci ildə sahibkarların vəsaiti hesabına bir sıra istehsal, ticarət və xidmət obyektləri inşa edilib.
Tədbirdə qeyd edilib ki, ötən il əhalini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. İdarə və təşkilat rəhbərləri çıxış edərək ötən il görülən işlər barədə ətraflı məlumat verib, rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev də iştirak edib.

Göyçayda
Göyçayda
Göyçayda
Göyçayda
Göyçayda
Göyçayda
Göyçayda

OXŞAR XƏBƏRLƏR