Bacı qardaşın evindən oğurluq etdi
Kateqoriya məlum deyil
Sumqayıtda bacı qardaşın evindən oğurluq edib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cavid Musayevin evindən 4 350 ABŞ dolları, 2 650 manat və qızıl əşyalar oğurlayan bacısı Cəmilə və İsmayıllı rayon sakini Rasim Əsgərli tutulub.
Faktla bağlı araşdırma aparılır.






