Logo

Azərbaycanın 3 iri bankı birləşəcək

Azərbaycanın 3 iri bankı birləşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi

çərçivəsində "Paşa Bank", "Kapital Bank" və "AtaBank" ASC-lərin birləşəcəyi

gözlənilir. Fins.az "Report"a istinadən bildirir ki, bu barədə bank mənbələrindən

məlumat verilib.

Lakin "Report"un müvafiq sorğularına bu bankların rəsmiləri mümkün konsolidasiya

ilə bağlı konkret cavab verməyiblər.

"Paşa Bank"da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə

məlumatsız olduqlarını açıqlayıblar.

"Kapital Bank"da isə məlumatı təkzib ediblər.

"AtaBank"da da məlumatı nə təsdiq, nə də təkzib ediblər. "AtaHolding"də bu barədə hər

hansı məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, "Kapital Bank"ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə aiddir. Bankın

nizamnamə kapitalı 185 mln. manatdır.

"Paşa Bank"ın səhmdarları isə iki hüquqi şəxs "Pasha Holding Ltd." (60%), "Ador Ltd."

(30%) və bir fiziki şəxsdor (Arif Pashayevdir, 10%). Bankın nizamnamə kapitalı 333, 0 mln.

manat təşkil edir.

"AtaBank"ın səhmdarları "AtaHolding"ASC (76%) və fiziki şəxslərdir (24%), nizamnamə

kapitalı (31.03.2015-ci il vəziyyətinə) 50 mln. mln. manatdır.

Qeyd edək ki, hazırda ölkədə 37 bank fəaliyyət göstərir. Bu il ərzində Mərkəzi Bank tərəfindən

6 bankın -"Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank",

"Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin bank lisenziyaları ləğv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR