Logo

Əbülfəs Qarayev Türkiyə qəzetinə etiraz məktubu göndərdi

Əbülfəs Qarayev Türkiyə qəzetinə etiraz məktubu göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyənin "Sabah" qəzetinə Mədəniyyət və Turizm Nazirliyi  adından etiraz məktubu göndərilib".

APA bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir deyib ki, Türkiyə Mədəniyyət Nazirliyinə də məktub ünvanlanıb: "Eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu vasitəsilə müraciət olunub. Həmin xəritə fotoya sonradan əlavə edilib. Mən orada iştirak edəndə belə bir xəritə yox idi. Belə bir şey olsaydı, buna imkan verməzdim. Məndə olan məlumata görə, "Sabah" qəzeti fotonu çıxarıb və üzr istəyib".

Qeyd edək ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə "Sabah" qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR