Logo

Xanımının adı rüşvətdə hallanan səfirlə bağlı sərəncam

Xanımının adı rüşvətdə hallanan səfirlə bağlı sərəncam
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan prezidenti Elman Zeynalovu geri çağırdı

Azərbaycan prezidenti İlham Əliyev Latviyadakı səfirin geri çağırılması ilə 

bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının 

Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.
Bir müddət əvvəl Elman Zeynalovun ailəsi ilə bağlı qalmaqallı məlumat yayılıb.

Bildirilirdi ki, səfirin xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilir.
Diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada 

sürücülük vəsiqəsini xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl

etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərməsidir. Bu məqsədlə o, 

Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət 

edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.
Elman Zeynalov məlum hadisə ilə bağlı açıqlama vermişdi. O, bildirib ki, həyat

yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları 

və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra 

əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində 

yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib".
Xanımının adı rüşvətdə hallanan səfirlə bağlı sərəncam
Elman Zeynalov - geri çağırılan səfir

Yalan məlumatları yayanları məsuliyyətsizlik, tərbiyəsizlikdə ittiham edən səfir Bakıya dönəndən 

sonra bu məsələyə bir səfir kimi yox, sadə vətəndaş kimi yanaşacağını bildirib.
"Artıq mənim bu ölkədəki səfir səlahiyyətim başa çatıb və mən ölkəmizə geri çağırılmağımı 

gözləyirəm. Düzdür, bu, mənim ailəmə, xüsusilə xanımıma qarşı hörmətsizlik, böhtandır. 

Ona görə də ölkəyə geri qayıtdıqdan, yəni vəzifəmi təhvil verdikdən sonra bu iş nəzarətimdə

olacaq və nə edəcəyimi özüm bilirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR