Elektron arayış almaq istəyənlərin nəzərinə

Elektron arayış almaq istəyənlərin nəzərinə

“Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə bir sıra arayışları elektron formada əldə etmək mümkündür. Bunun üçün portaldan qeydiyyatdan keçmək və zəruri olan müvafiq elektron arayışı növünü seçmək kifayətdir.

"Qafqazinfo"ya Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət “Yaşayış yeri haqqında arayış”ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda "Elektron hökumət" portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür:

-Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi
-İş yerindən arayış
-Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış
-Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
-Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
-Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
-Diplom haqqında arayış
-Yaşayış yeri haqqında arayış
-Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış
-"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatların verilməsi xidməti
-İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
-Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin “E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilən fəaliyyəti nəzərdə tutur.

“E-hökumət” layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...