“Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov yoxa çıxdı - 500 MİN MANATLIQ MAXİNASİYA+VİDEOLAR

“Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov yoxa çıxdı -  500 MİN MANATLIQ MAXİNASİYA+VİDEOLAR

Zaman-zaman 7News.az redaksiyasına müxtəlif şirkətlərdə baş alıb gedən özbaşınalıqlar, maxinasiyalarla bağlı şikayət dolu yazılar daxil olmaqdadır. Biz də öz növbəmizdə yazıları təhlil edilir, faktların düzgünlüyünü yəqin etdikdən sonra saytımızda dərc edirik. Saytımıza daxil məlumatlardan biri də “Hilal Agro” şirkəti ilə bağlıdır.

Əvvəla qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkət hesab olunur. Məsələ burasındadır ki, şirkət həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarının ünvanı kimi tanınır. Şirkətdən gələn şikayətlərin böyük əksəriyyəti də məhz iri sahibkarların şirkətin işinə cəlb edilməsi yolu ilə onların külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı olub. Şirkət mətbuatın gündəmini təəssüflər olsun ki, bu kimi problemlərlə zəbt edir. Redaksiyamıza daxil olan şikayəti təqdim edirik.

Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa çıxdığını bildiriblər.

7News.az-a bu barədə məlumat verən Məmmədov Qaşqay artıq 7 aydır ki, 293 min manatın geri qaytarılmadığını

 dilə gətirib. Onun sözlərinə görə, şirkətin rəhbəri Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb. Hüquq mühafizə orqanına şikayət etmələrinə baxmayaraq ortada heç bir nəticə yoxdur.

Xatırladaq ki, Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər və mühasib Sərdar və icraçı direktor Zaurun 

yanında bu vəsaiti Əhədov Viləşə verib.

Videolardan isə aydın görünür ki, “Hilal Agro” şirkəti bu kimi hallarla tez-tez qarşılaşır. Məhz bu səbəbdən də külli 

miqdarda maliyyə ayıraraq “qoçu dəstəsi” saxlamaqdadır.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...