Logo

Deputat Bakıda işçini döyən idmançıdan yazdı - FOTO-VİDEO

Deputat Bakıda işçini döyən idmançıdan yazdı - FOTO-VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Biz həmin şəxsin əməllərinə görə cavabdeh deyilik".

"Dostlar, cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz
olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən
birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq
bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin
şəxsi tənbeh etməlidir".
ANS PRESS-in məlumatına görə, millət vəkili Adil Əliyev sosial şəbəkədə
paylaşdığı statusla bir qrup idmançının yanacaqdoldurma məntəqəsinin
müfhafizəçisini döyməsinə münasibət bildirib.
Adil Əliyev - millət vəkili
"Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə
fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqlərini ön plana
çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi
qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur. Bəzi saytlarda
yazıblar ki, guya adı çəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da
kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyatı
yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növüylə məşğul olması
haqqında da məlumatım yoxdur.
Bir də ki, Kikboksinq Fefderasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu
aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda
qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar federasiyamızın idmançıları, heç zaman
üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar.
Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlarından
biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki,
ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq,
Bu həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın.
Sonda fikirlərimi bu sözlərlə bitirmək istəyirəm: Əllərində balta tutub gözləyən bəzi
həmvətənlilərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq".
Hadisədə adı hallanan gənclər
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində
"Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb. Nəsimi Rayon
Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa
Əzizov müəyyən edilərək tutulub.
Onlar yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən
yanacaqdoldurma məntəqəsinə gəliblər. Avtomobilin sürücüsü və sərnişini ilə
məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə
olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Məlumata görə, ötən ilin mayında məhz İsa Əzizov və dostları Bakıdakı “Famous”
karaoke klubunda qızları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı
Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva
həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə,
İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. Polis həmin şikayət əsasında
cinayət işi qaldırsa da guya İsa Əzizovu axtarışa vermiş və tapa bilmirdi.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR