Sahil Babayev şöbə müdirini İŞDƏN ÇIXARDI

Sahil Babayev şöbə müdirini İŞDƏN ÇIXARDI
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:

"Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.

Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Evlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...