Logo

"Azərbaycanda boşanmaların sayı kritik vəziyyət alır"

"Azərbaycanda boşanmaların sayı kritik vəziyyət alır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib”.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya Ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: "Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR