Bakı metrosunda siqaret çəkdi - VİDEO
Kateqoriya məlum deyil
Axşam saatlarında Bakı metrosunda xoşagəlməz hadisə yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, orta yaşlı kişi qatarda siqaret çəkib.
O, ardıcıl olaraq bir neçə siqareti çəkərək kötüyünü yerə atıb.
Onun xoşagəlməz hərəkəti metronun "Gənclik" stansiyasında sərnişinlərdən biri tərəfindən lentə alınıb.






