Taekvondoçumuz finala belə çıxdı - VİDEO
Cəmiyyət
20:51 / 19.06.2015
2479
Avropa Oyunlarında taekvondo üzrə yarışlarda 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Təmsilçimiz Ayxan Tağızadə finala vəsiqə qazanıb.
Yarışa ilkin mərhələdən başlayan 19 yaşlı Ayxan sloveniyalı Yure Pantarla döyüşdə rəqibinə heç bir şans verməyib - 11:3.
Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda rusiyalı Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5./APA
Sfera.az