Sumqayıt-Bakı qatarı 26 dəqiqə gecikdi
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. Sfera.az xəbər verir ki, yaranan problemlə bağlı Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilir ki, dəmir yolunun Biləcəri-Keşlə mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb.
Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir.






