Logo

Dünyanın maraqla gözlədiyi qərar açıqlandı

Dünyanın maraqla gözlədiyi qərar açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Federal Ehtiyatlar Sisteminin iki gün davam edən toplantısı sona çatdı.

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) yeni ildə ilk iclasını keçirib. 

ANS PRESS-in məlumatına görə, iclasda FES uçot dərəcəsini dəyişməyib.
FES-in bundan əvvəlki iclası 2015-ci il dekabr ayının 16-da keçirilmişdi.

Həmin gün FES uçot dərəcəsini birdən-birə 0,25% yüksəltmişdi ki, bu da 

dolların bütün dünyada məzənnəsini qaldırmışdı. ABŞ Federal Ehtiyat 

Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə qədər 

yüksəltməsi Azərbaycanda da insanlar arasında dolların bahalaşacağı fikrini

formalaşdırıb. Bu da öz növbəsində əhalinin dollar alqı-satqısı mərkəzlərinə 

üz tutmasına səbəb olub. Həmin gün mübadilə ilə məşğul olan şəxslər də səhərdən

başlayaraq dollar satışında artım olduğunu etiraf etmişdi. 
Dünyanın maraqla gözlədiyi qərar açıqlandı
ABŞ Federal Ehtiyat Sistemi

Buna qədər FES-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi. Bildirilir ki, 

bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi.

Dərəcə 2007-2008-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyyatına 

dəstək məqsədi ilə endirilmişdi.
Avropanın Fond birjaları Amerika və Asiyanın ardınca Federal Ehtiyat Sisteminin

uçot dərəcəsini artırmasını nikbin şəkildə qarşılayıb. Avropalı iqtisadçılara görə, bu qərarla investorlar üçün qeyri-müəyyənlik faktoru aradan qalxıb və ABŞ-da iqtisadiyyatın güclənməsindən xəbər

verir. Avropa Birliyinin əsas fond birjalarında indekslərdə 2 - 2,5 faiz artım müşahidə

olunub. Maliyyə şərhçisi Devid Kol, Federal Ehtiyat Sisteminin açıqladığı qərarın 

gözləntilərə uyğun olduğunu və onun investorlar tərəfindən əla qarşılandığını söyləyib.
Dünyanın maraqla gözlədiyi qərar açıqlandı

Federal Ehtiyatlar Sistemi, eyni zamanda, ölkə iqtisadiyyatının gələn il üçün inkişaf 

göstəricilərini də açıqlayıb. Rəsmilərin proqnozuna görə, iqtisadiyyatın 2.3-2.4 faiz

inkişaf edəcəyi gözlənilir. Bankın qərarı Amerikanın səhm bazarına dərhal öz 

təsirini göstərib. Ekspertlərin sözlərinə görə, faizlərin artması inkişaf etməkdə 

olan bazarlara mənfi təsir edəcək.Mərkəzi bankın kredit faizlərini artıracağına 

dair proqnozlar səhm və istiqraz bazarına da təsirsiz ötüşməyib. İnvestorlar 

faiz yüksəlişinə hazırlaşdığı bir vaxtda səhm bazarında da qiymətlər artıb.

Dünyanın maraqla gözlədiyi qərar açıqlandı
Canet Yellen - FES rəhbəri

FES-in rəhbəri 
Canet Yellen bəyan edib ki, Federal Açıq Bazar Komitəsi faizləri 

0.25 faiz artırmağa qərar verdi: "Bununla faiz dəhlizi 0.25-0.5 faiz arasında 

dəyişəcək. Hökumətin bu addımı faizlərin 0-a yaxın olduğu 7 illik fövqəladə

rejimin başa çatdığını güstərir. Hökumət iqtisadi böhrandan sonra inkişafı

təmin etmək üçün belə bir addım atmışdı. Bu düvrdə çoxlu sayda iş yerləri 

açıldı, gəlirlər artdı və milyonlarla amerikalının iqtisadi çətinliyi aradan 

qaldırıldı. Komitə iqtisadiyyatın artan qrafik üzrə inkişaf edəcəyindən

arxayındır. Qəbul olunan qərar da bunu əks etdirir".
C.Yellen onu da bildirib ki, neftin qiyməti sabitləşəcək, lakin əvvəlki 

səviyyəyə çatmayacaq. C.Yellen hesab edir ki, elə bir hədd mövcuddur ki,

neft qiymətləri bundan aşağı düşməyəcək.
"Dünya bazarları qiymətlərin sabitləşməsini və tədricən artacağını gözləyir. 

Neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq”, deyə C.Yellen bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR