Logo

Nazirlikdən hava xəbərdarlığı - DİQQƏTLİ OLUN

Nazirlikdən hava xəbərdarlığı - DİQQƏTLİ OLUN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyədək yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Sfera.az -a bildirib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 19-da əsasən yağmursuz, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR