Logo

Ruslan Dibirhacıyev: Səhvlər olmayacaq - VİDEO

Ruslan Dibirhacıyev: Səhvlər olmayacaq - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
“Çempion olmaq istəyirdim. Çünki azarkeşlərimizin qarşısında, evdə döyüşürdüm. Üçüncü yeri tutmağım da az da olsa, sevindiricidir”.

Bu fikirləri I Avropa Oyunlarının bürünc mükafatçısı, sərbəst güləşçimiz Ruslan Dibirhacıyev deyib.

Dibirhacıyev ona dəstək olduqlarına görə azarkeşlərə təşəkkürünü bildirib: “Məşqçilər məndən qızıl medal gözləyirdilər. Təəssüf ki, olmadı. Ən əsası bürünc medalı qazanmaqla, azarkeşləri məyus etmədim. Ümid edirəm ki, bir daha səhvlər olmayacaq. Sağ olsunlar, azarkeşlər mənə dəstək oldular. Hamıya öz təşəkkürümü bildirirəm”.

İdmançımız qeyd edib ki, qarşıdan gələn dünya çempionatında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

Xatırladaq ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlasadze üzərində qələbə qazanıb./APA

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR