“Bakıdan sadəcə heyrətə gəlmişəm...”- Modosyan

“Bakıdan sadəcə heyrətə gəlmişəm...”- Modosyan

“Bakı-2105” I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn sərbəst güləş üzrə Rusiya yığma komandasının məşqçisi Vladimir Modosyan Bakı haqda təəssüratlarını bölüşüb.

"Sfera.Az” virtualaz.org-a istinadən xəbər verir ki, erməni əsilli idman mütəxəssisi “AMOR News” nəşrinə açıqlamasında Bakıda keçirdiyi hisslər, aldığı təəssüratlar barədə danışıb.

V.Modosyan deyib ki, Avropa Oyunları idman sahəsində ilk belə mötəbər turnirdir və onu keçirmək şərəfi Bakıya nəsib olub: “Burada hər şey çox yüksək səviyyədə təşkil olunub - dəqiq, savadlı, səliqəli və mükəmməl. Təşkilat Komitəsinin üzvləri çox xeyirxahdır, hər bir qonağa nəzakətlə yanaşırlar. Əgər kiminsə hər hansı problemi yaranırsa, bir neçə dil bilən könüllülər dərhal yaxınlaşıb kömək edirlər, suallara cavab verirlər. Mən hesab edirəm ki, bu idman bayramı həddən artıq yüksək səviyyədə baş tutdu”.

V.Modosyan Ermənistan-Azərbaycan münaqişəsinin erməni idmançılarının “Bakı-2015”dəki çıxışlarına təsiri məsələsinə də toxunub: “Siyasət idmana təsir göstərə bilməz, göstərməməlidir. Çoxları elə düşünürdü ki, burada erməni-azərbaycanlı münaqişəsi ilə bağlı bu və ya digər formada hansısa bir problem yarana bilər. Lakin Avropa Oyunlarında hər şey tamamilə başqa cürdür. Bura yalnız idmanı sevən və ona hörmət edən insanlar toplaşıb. Onların hamısının yalnız bir məqsədi var - qalib gəlmək, qələbə qazanmaq”.

Rusiya millisinin erməni əsilli məşqçisi Bakıya valeh olduğunu da söyləyib: “Mən Bakıdan sadəcə heyrətə gəlmişəm. Müasir binalar və idman zalları, idmançıların yaşadığı kənd - heç də hər ölkədə belə ideal şərait yoxdur. Bununla hər bir ölkə öyünə bilər. Bakının gözəlliyi bütün qonaqları, o cümlədən məni valeh edib. Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var”.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...

"Əli Mirəliyev normal danışa bilmir" - VİDEO

Hazırda xəstəxanada müalicə olunan müğənni Əli Mirəliyev "Elgizlə İzlə" verilişində ittiham olunub. Sfera.az xəbər verir ki, proqramın aparı...