Dolların üzərində qadın şəkli olacaq

Dolların üzərində qadın şəkli olacaq

Qərar ictimai rəyi nəzərə almaqla qəbul edilib.

Sfera.Az"Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ tarixində ilk dəfə 10 dollarlıq əskinasın üzərində qadın üzü görünəcək.

ABŞ maliyyə naziri Ceykob Lyu bəyan edib ki, yeni əskinas 2020-ci ildə işıq üzü görəcək və amerika demokratiyasının dəyərlərini təmsil edəcək. Lakin kimin profilinin istifadə ediləcəyi bildirilməyib.

Qeyd olunur ki, bu barədə qərar ictimai rəyi nəzərə almaqla qəbul edilib.


OXŞAR XƏBƏRLƏR