Deputat imza günü keçirdi, pulu isə xəstə uşağa bağışladı Kateqoriya məlum deyil22.06.2015 02:25A−AA+Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə olQənirə Paşayevanın oxucularla görüşü və imza günü keçirilib. Sfera.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata görə, kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayı - Ramazanda oxucularla, xüsusilə də gənc kitab həvəskarları ilə görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb.O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. İmkansız ailələrə yardımın vacib olduğunu vurğulayan vəkil bu dəfə kitablarının satışından əldə edilən gəliri bir ailənin xəstə körpəsi üçün bağışlanıb. Sonda Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.PAYLAŞ