Bakıda inanılmaz bank fırıldağı

Bakıda inanılmaz bank fırıldağı

Azərbaycanda daha bir bankda külli miqdarda maliyyə fırıldağı üzə çıxıb. 

Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, “Parabank”ın “Nəsimi” filialında qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb. Məlum olub ki, filial rəhbərliyi dostu, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərovun qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlayıb və bunu vergi uçotundan gizlədilib. 
Bundan əlavə bank və şirkət rəhbərliyi həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olub və bu yolla çirkli pullar leqallaşdırılıb. Bu işlərə nəzarət etmək üçün “Kia Motors Az” MMC-nin rəhbəri etibarlı adamını - Fərhad Cəfər oğlu Abbasovu “Parabank” ASC-nin “Nəsimi” filialına göndərib, hətta ona xidməti otaq da ayrılıb ki, “Kia Motors Az” MMC-nin çirkli pullarını bank daxilində tənzimləsin. Məlumatlarda bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılsa da, bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Bundan başqa çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib. 
Lakin devalivasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb. 
İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb. Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi yetirə bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb. 
Hazırda istintaq davam edir. Şübhəli şəxs qismində hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

Pensiya və maaşlarla bağlı yenilik gözlənir – TARİX açıqlandı

Son dövrlərdə tələbə təqaüdləri də daxil olmaqla bir sıra sosial ödənişlərdə artımlar həyata keçirilib. İndi isə ictimaiyyətin əsas diqqətində maaş və pensiyala...

Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Berliner Z...

Bakıda moped avtomobillə toqquşdu: ölən var

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.   Sfera.az xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində ...

"Üçüncü dünya müharibəsi ehtimalı artır" - Orban

“Üçüncü dünya müharibəsi təhlükəsi getdikcə artır”.   Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Maca...

Arif Babayevin son durumu necədir? – Mərkəzi Klinikadan AÇIQLAMA

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".   Sfera.az xəbərr verir ki, bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkim...

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə F...