“Təxminən 10 il əvvəl mənim qərarımla...”- İlham Əliyev

“Təxminən 10 il əvvəl mənim qərarımla...”- İlham Əliyev

“Qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Bayram günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılması əlamətdar hadisədir”. 

APA xəbər verir ki,  bu sözləri Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

 Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda yaranan ən böyük hərbi obyektlərdən biri olan bu bazanın ölkənin hərbi potensialının güclənməsində mühüm əhəmiyyəti olacaq: 

“Silahlı Qüvvələrin güclənməsi üçün dövlət əlindən gələni edir. Silahlı Qüvvələrimizin tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq.  Ordumuz güclənir, nizam-intizam artır, maddi-texniki təminat yaxşılaşır, dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər getdikcə artır, hazırda Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır və bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur”.

Hərbiçilərə diqqət, hərbi infrastruktur, yeni hərbi bazalar, hərbi hissələr və  şəhərciklərin tikintisindən, hərbçilərin məişət problemlərinin yüksək səviyyədə həllindən danışan prezident İlham Əliyev qısa müddət ərzində böyük işlər görüldüyünü, bundan sonra da bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini vurğulayıb: 

“Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Azərbaycana ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. 

Bununla bərabər, təxminən 10 il əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanılıb. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ordumuzun təchizatı üçün əvəzedilməzdir. Bu gün Azərbaycan həm də öz hərbi məhsullarını ixrac etməyə başlayıb. Bunun özü də ölkəmizin hərbi potensialının göstəricisidir”.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...